Qar fırtınası ABŞ-ı iflic edib - 132 min ev işıqsız qalıb

25 Yanvar 2026 23:02 (UTC+04:00)

ABŞ-da qış fırtınası səbəbindən təxminən 132 000 ev elektriksiz qalıb və 12 000-dən çox uçuş ləğv edilib. Bu barədə “NBS Nyus” məlumat yayıb.

Məlumata görə, Texas, Luiziana və Nyu Yorkdan Orta qərb və Atlantika regionuna kimi 37 ştat pis hava şəraitindən əziyyət çəkir. Nyu Yorkda 3 nəfərin öldüyü bildirilir.

18 ştatda artıq fövqəladə vəziyyət elan olunub. Temperaturun mənfi 10-40 dərəcəyədək düşəcəyi bildirilir. Ən son məlumatlara görə, qar fırtınası səbəbindən elektrik enerjisinin kəsildiyi ev təsərrüfatlarının sayı 730 minə çatıb.

Mətləb