Masallıda şəhid atası yol qəzası törətdi, bir nəfər öldü

25 Yanvar 2026 22:02 (UTC+04:00)

Masallı rayonunda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırma aparılır.

Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə qazi atası olduğu bildirilir.

Mətləb