...Fiziki fəaliyyətin vaxtından əvvəl ölüm riskini azaltdığı məlumdur. İndi alimlər fiziki fəaliyyətin müxtəlifliyinin onun həcmindən daha vacib olduğunu sübut ediblər.
Alimlər müəyyən ediblər ki, fiziki fəaliyyət nə qədər müxtəlifdirsə, vaxtından əvvəl ölüm riski də bir o qədər aşağıdır.
Bu, iki böyük tədqiqatın nəticələrini araşdırdıqdan sonra aşkar edilib.
SİA xəbər verir ki, BMJ Medicine jurnalında dərc olunan bir məqaləyə görə, tədqiqatlarda 110.000 nəfər iştirak edib.
Onlar gəzinti və qaçışdan tutmuş güc məşqlərinə, üzgüçülüyə və bağçılığa qədər bir neçə idman növü ilə məşğul olublar. Məlum olub ki, müntəzəm olaraq bir neçə fiziki fəaliyyət növünü birləşdirən insanların, ümumi məşq həcmi daha az olsa belə, ölüm riski daha aşağıdır.
Bu məlumatlara əsaslanaraq, alimlər vurğulayırlar ki, müxtəlif idman növlərinin - aerobika, güc məşqləri və orta səviyyəli məşqlərin birləşdirilməsi uzunmüddətli sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Nazlı Almuradova