Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
FHN-dən SİA-ya bildirilib ki, yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Jeep" və "Mitsubishi" markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq kömək göstərilib.