MDB-də ən ucuz qiymətlər bu türk ölkəsindədir...

25 Yanvar 2026 05:32 (UTC+04:00)

2026-cı il üzrə yaşayış xərcləri indeksi açıqlanıb. Numbeo portalının hesabatına görə, Qırğızıstan postsovet ölkələri arasında ən aşağı xərclərə malik dövlət kimi yer alıb.

Araşdırma zamanı ərzaq məhsullarının qiymətləri, kommunal xidmətlər, ictimai nəqliyyat, kafelərə və ictimai iaşə obyektlərinə baş çəkmə xərcləri, eləcə də gündəlik yaşayışla bağlı digər əsas göstəricilər nəzərə alınıb. Numbeo-nun məlumatına görə, Qırğızıstanda gündəlik xərclərin aşağı olması ölkəni həm yerli əhali, həm də regionda ucuz həyat axtaranlar üçün cəlbedici edir.

Mətləb