"Ola bilər səhnədə dünyamı dəyişərəm..." - xalq artisti

25 Yanvar 2026 00:24 (UTC+04:00)

Xalq artisti Natiq Şirinov "Yaşananlar" verilişində maraqlı fikirlər səsləndirib. O, səhnədə dünyasını dəyişəcəyi təqdirdə konsertinin yarımçıq saxlanılmamasını vəsiyyət etdiyini açıqlayıb: "Oğluma demişəm ki, ola bilər səhnədə dünyamı dəyişərəm, konserti davam elə. Kövrəlir. Deyirəm ki, yadında saxla, biz Allahın sevimli bəndələrindənik. Güclü olmaq pullu olmaq, yaxşı maşınının, evinin olması deyil. Bu, ruhən olur. Elə həmin anda konserti davam etdirmək gücdür.
İndiki nəslin bəzi nümayəndələri çox acizdirlər. İnsan şor çörək də yeyər, yer də süpürər, zibil də daşıyar. Əsas odur ki, yaşayırsan, evə çörək aparırsan. Bu özü həyatdır."

Mətləb