İranda vəziyyət kritik həddə çatıb. SİA xəbər verir ki, İranın ali rəhbəri Əli Xamenei hərbi və təhlükəsizlik rəsmilərinin ABŞ-dan mümkün hücum təhlükəsinin artması ilə bağlı açıqlamaları fonunda Tehranda xüsusi yeraltı sığınacağa köçüb.
Məlumata görə, Xameneinin oğullarından biri olan Məsud Xamenei ali rəhbərin aparatının gündəlik idarəçiliyini öz üzərinə götürüb və hazırda icra hakimiyyəti ilə əsas ünsiyyət kanalı kimi xidmət edir.
Artan gərginlik və mümkün xarici təhdidlərin qiymətləndirilməsi səbəbindən təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib.
Mətləb