"Pivəçilər"dən ŞOK MƏĞLUBİYYƏT

24 Yanvar 2026 22:13 (UTC+04:00)

Futbol üzrə Almaniya Bundesliqasının 19-cu turu çərçivəsində "Bavariya" Münhendə "Auqsburq"u qəbul edib. SİA-nın məlumatına görə, qarşılaşma gözlənilməz nəticə ilə yekunlaşıb. Qonaqlar 2:1 hesablı əzmkar qələbə qazanıblar.

Bu məğlubiyyətə baxmayaraq 19 turdan sonra 50 xalı olan "Bavariya" turnir cədvəlinə başçılıq etməkdə davam edir. Aktivini 19 xala çatdıran "Auqsburq" isə 13-cü pillədə qərarlaşıb.

Mətləb