ABŞ, Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu növbəti həftə Əbu-Dabidə keçiriləcək

24 Yanvar 2026 17:15 (UTC+04:00)

ABŞ, Rusiya və Ukrayna arasında növbəti üçtərəfli danışıqlar raundu gələn həftə Əbu-Dabidə keçiriləcək. SİA xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.

"Ukrayna rəsmiləri mənə bildirdilər ki, ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar "pozitiv" və "konstruktiv" olub. Növbəti danışıqlar raundu gələn həftə Əbu-Dabidə keçiriləcək", - deyə o yazıb.