Rusiyanın Xarkova aviazərbələri nəticəsində yaralananların sayı 27-yə çatıb

24 Yanvar 2026 16:15 (UTC+04:00)

Rusiyanın yanvarın 24-ü Ukraynanın Xarkov vilayətində hücumu nəticəsində yaralananların sayı 27 nəfərə çatıb. SİA "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov öz teleqram kanalında məlumat yayıb.

"Xarkova gecə hücumu nəticəsində yaralananların sayı 27 nəfərə çatıb", - deyə O.Sinequbov bildirib.

Onun sözlərinə görə, tibb işçiləri yaralılara bütün lazımi yardımı göstərirlər.