Azərbaycan millisinin üzvü Almaniya klubuna transfer olunub

24 Yanvar 2026 14:54 (UTC+04:00)

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Almaniyanın "Hamburq" klubuna transfer olunub. SİA xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, müdafiəçinin son iş yeri Rusiyanın "Zenit" klubu olub.