Toyota, orta mühərrikli MR2 idman avtomobilini dirçəldir...

24 Yanvar 2026 21:57 (UTC+04:00)

…Toyota MR2 idman avtomobili bazara qayıdacaq. Orta mühərrikli avtomobil yüksək səmərəli yeni nəsil turbomühərrikli mühərriklə təchiz olunacaq.

Yeni Toyota MR2 nəhayət ki, icazə aldı.

SİA-nın məlumatına görə, bunu Gazoo Racing motorsport bölməsinin rəhbəri Tomoya Takahaşi Automotive News-a verdiyi şərhdə təsdiqləyib.

Lakin o, dördüncü nəsil Toyota MR2-nin tezliklə gözlənilmədiyini vurğulayıb; onun dörd-beş il ərzində çıxacağı gözlənilir.

Eyni zamanda, Takahaşi yeni model haqqında bəzi detalları açıqlayıb. Onun sözlərinə görə, yeni Toyota MR2 sələfləri kimi orta mühərrikli olaraq qalacaq.

İdman avtomobili yeni 2026 Toyota Corolla-da debüt edəcək yeni nəsil 2.0 litrlik turbomühərrikli benzinli dördsilindrli mühərriklə təchiz olunacaq.

Mühərrik təkmilləşdirilmiş istilik səmərəliliyi və daha yüksək performansa malikdir. Elektrikləşdirmə olmadan belə yeni Euro 7 emissiya standartlarına uyğun olduğu məlumdur.

Bu turbomühərrikin gücü 400 at gücünə çata bilər. MR2-nin hibrid versiyasının da olacağı gözlənilir.

Toyota MR2-nin dizaynı, çox güman ki, 2021-ci il Sports EV konsepsiyasının ruhuna uyğun olacaq. Avtomobil kompakt ölçülərini, yüngül çəkisini və çıxarıla bilən sərt örtüyünü saxlamalıdır.

Xatırladaq ki, əlverişli orta mühərrikli Toyota MR2 idman avtomobili 1984-cü ildən 2007-ci ilə qədər istehsal olunub. Modelin üç nəsli buraxılıb.

Nazlı Almuradova