"Şəki" sabiq basketbolçusunu geri qaytarıb

24 Yanvar 2026 13:38 (UTC+04:00)

"Şəki" komandası sabiq basketbolçusu Aleks Koldvelli geri qaytarıb. Bu barədə SİA-ya bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Basketbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, o, ötən mövsüm komandanın kapitanlarından və liderlərindən olub. Fevralın sonlarında Koldvell ailəvi problemlərinə görə "Şəki"ni mövsüm başa çatmamış tərk etməli olmuşdu.