Gürcüstan Azərbaycana kauçuk ixracından qazancını 4 dəfəyə yaxın artırıb

24 Yanvar 2026 12:17 (UTC+04:00)

Ötən il Gürcüstan Azərbaycana 2,2 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları ixrac edib. SİA Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın analoji məhsullar tədarük etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrə 32,5 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları satıb ki, bu da bir il əvvəlki göstəricidən 38 % çoxdur.

Hesabat dövründə Gürcüstan Niderlanda 10,6 milyon ABŞ dolları, Polşaya 4 milyon ABŞ dolları, Ermənistana 3,6 milyon ABŞ dolları, Türkiyəyə 2,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricə 23,6 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları satıb ki, bunun da 615 min ABŞ dolları Azərbaycanın payına düşüb.