Xırdalanda marketdən 7 min manatlıq oğurluq olub

24 Yanvar 2026 10:15 (UTC+04:00)

Abşeronda marketdən 7 min manatlıq oğurluq olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xırdalan şəhərində zərərçəkən polisə müraciət edərək işlədiyi mağazadan 7000 manatlıq məhsulun oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 46 yaşlı A.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs mağzadan oğurluqları 3 ay ərzində hissə-hissə törədib.

Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə evlərdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən 25 yaşlı K.Şıxəliyev və 44 yaşlı Y.Əliyev müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə araşdırmalar aparılır.