Torpaq sürüşməsi olub, 7 nəfər ölüb, 80-dən çox insan itkin düşüb

24 Yanvar 2026 09:42 (UTC+04:00)

İndoneziyada torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 82 nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə "Reuters" İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Yüngülləşdirilməsi üzrə Agentliyə istinadən məlumat yayıb.

Sürüşmə İndoneziyanın Qərbi Yava əyalətinin Qərbi Bandunq rayonunda baş verib.