Xameneidən qərar - cümə xütbəsi ləğv edildi

23 Yanvar 2026 22:32 (UTC+04:00)

İran ətrafında gərginlik güclənir. İranın ali dini lideri Əli Xamenei cümə xütbəsini ləğv edib. İran KİV-lərinin yazdığına görə, bu qərar onun mümkün hücumun hədəfinə çevrilə biləcəyi ilə bağlı narahatlığı ilə əlaqədardır.

Bu arada ABŞ mediası gərginliyin artması fonunda "USS Abraham Lincoln" aviadaşıyıcısının İrana zərbə endirə biləcək məsafəyə daxil olduğunu yazıb.

Mətləb