...SİA xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçinin RT-yə verdiyi məlumata görə, İranda baş verən son silahlı toqquşmalar nəticəsində 3117 nəfər həlak olub.
O, ölənlərdən 2427 nəfərin mülki şəxslər və təhlükəsizlik qüvvələri, 690 nəfərin isə terrorçu olduğunu bildirib.
Nazir həmçinin iğtişaşlar zamanı 414 hökumət binasının və 749 polis bölməsinin müxtəlif dərəcələrdə zədələndiyini və ya vandalizm edildiyini bildirib.
Bir müddət əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi "Radiotochka NSN" Telegram kanalına istinadən bildirib ki, etirazlar nəticəsində 600-dən çox məktəb, məscid və dini təhsil müəssisəsi zərər görüb.
Əli Babayev