Tramp "Ulduz müharibələri" proqramını canlandırmaq qərarına gəlib.

23 Yanvar 2026 18:43 (UTC+04:00)

...ABŞ prezidenti Donald Tramp iddia edib ki, ABŞ-ın "Qızıl günbəz" adlı genişmiqyaslı raketdən müdafiə sistemi yaratmaq üçün texnologiyası var və o, bunu Ronald Reyqanın "Ulduz müharibələri" kimi tanınan Strateji Müdafiə Təşəbbüsü (SDI) ilə müqayisə edib.

...Ronald Reyqan bu barədə illər əvvəl düşünmüşdü, amma o vaxt bizdə texnologiya yox idi. İdeya əla idi, amma bizdə texnologiya yox idi. İndi inanılmaz texnologiyamız var.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ prezidenti bunu Fox News-da bildirib.

O, əlavə edib ki, sistemin bir hissəsi Qrenlandiya üzərində yerləşdiriləcək və adanın strateji əhəmiyyətini vurğulayıb. Tramp həmçinin qeyd edib ki, ABŞ "adada istədiyimiz hər şeyi pulsuz əldə edəcək".

...2025-ci ilin yanvar ayında İsrailin "Dəmir günbəzi"nə Amerika ekvivalenti kimi elan edilən yeni təşəbbüs əslində daha iddialı bir layihədir.

“Financial Times” qəzetinin xəbər verdiyi kimi, ABŞ-ı ballistik, hipersəs və kruiz raketlərindən qorumaq üçün nəzərdə tutulmuş təklif olunan hava hücumundan müdafiə sistemi həm miqyas, həm də konsepsiya baxımından Reyqanın SDI proqramının birbaşa davamıdır.

SDI-nin məqsədi, ballistik raketləri və onların döyüş başlıqlarını uçuşlarının bütün mərhələlərində tutub məhv edə bilən çoxsaylı kosmik zərbə silahları eşelonlarını yerləşdirməklə Şimali Amerikanın bütün ərazisini etibarlı şəkildə əhatə edəcək ABŞ raketdən müdafiə "qalxanı" yaratmaq idi.

SDI, ABŞ tərəfindən SSRİ-yə tətbiq edilən və onun süqutuna səbəb olan silahlanma yarışının əsas elementlərindən biri idi.

Əli Babayev