“Azərbaycanın ən böhranlı bölgə olan yaxın Şərqdə sülhlə bağlı layihələrə həvəslə qoşulması göz qabağındadır. Bunun əyani nümunəsi cənab Prezident İlham Əliyevin Sülh Şurasının nizamlaməsini imzalaması oldu”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Yaxın və Orta Şərqdə müharibə situasiyasına son qoyulmasının tərəfdarıdır:
”Bunun üçün əlindən gələni etməyə də hazırdır. Bu, əslində, Azərbaycanın Yaxın Şərq böhranının həll olunması üçün daha əvvəl təklif etdiyi planın davamıdır. Daha əvvəl də Azərbaycan iki dövlətli həll platformasının ən ideal platformu olduğunu ortaya qoymuşdu. Bu gündə Qəzza üzrə sülh platformasının şurasının nizamnaməsini imzalamaqla özünün əvvəlki mövqeyinə sadiqliyini bir daha nümayiş etdirdi. Sülh şurası ilə bağlı ziddiyyətli mülahizələr var. Bəziləri bunun ancaq Yaxın Şərqdə münaqişəli vəziyyətin aradan qaldırılmasına xidmət edəcəyini bildirir. Bəziləri onun ətrafında qorxunc bir obraz yaradırlar ki, guya bu, Trampın BMT-yə alternativ olaraq yaratdığı bir qurumdur. Belə ziddiyyətli şəraitdə çox böyük bir qətiyyət nümunəsidir ki, Azərbaycan apardığı siyasətin gələcəyinə inanır ki, bu addımı atır. Sülh şurasının bölgədə necə fəaliyyət göstərəcəyi, gələcəyin işidir. Onun uğurlu və ya uğursuz olacağı təbii ki, Azərbaycandan asılı deyil. Amma əgər uğursuz olacaqsa, bunun məsuliyyətini ancaq Sülh şurasının nizamnaməsini bir ideya olaraq ortaya atan tərəflər daşıyacaq. Azərbaycanın burada məsuliyyəti yoxdur. Amma Azərbaycan həmin prosesə qoşulub dəstək verməklə, Yaxın Şərqdə sülhün olmağını istədiyini bir daha nümayiş elətdirdi. Bizim üçün ən vacib olanı budur. Açığı Sülh şurasının Qəzzada Fələstin probleminin həllinə nə dərəcədə nail olub-olmayacağı gələcəyin işidir. Bu haqda proqnoz vermək olduqca çətindir, çünki az qala 100 ilə qədər yaşı olan bir problemin həllindən söz gedir və təxminən 100 ilə yaxın bir dövr ərzində formalaşmış problemin, təbii ki, tək bir Sülh şurasının hesabına həll olunacağını qətiyyətlə söylənmək çox çətindir. Amma bu gün Azərbaycan özündən asılı olanı etdi. Azərbaycanın Sülh şurasına qoşulması, Yaxın Şərqdə sülhün bərqərar olunması yönümündə sonadək ardıcıl addımlar atmaqda maraqlı olduğunu göstərdi”.