Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

23 Yanvar 2026 16:01 (UTC+04:00)

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənin “Lexus” markalı avtomobilinin şüşəsini sındıraraq içərisindən 2100 manat, bank kartları və sənədləri talayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S. Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar nəticəsində onun elə həmin gün eyni üsulla “Changan” markalı digər avtomobildən də bank kartları oğurladığı, daha sonra isə kart hesabında olan pul vəsaitini nağdlaşdırdığı məlum olub.

Xətai rayonunda keçirilən tədbir zamanı isə ət satışı dükanından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı V. Abbasov da saxlanılıb.

Faktlar üzrə araşdırmalar davam etdirilir.