Saleh Məmmədov Xızıda vətəndaşları qəbul edib

23 Yanvar 2026 16:00 (UTC+04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin (AAYDA) sədri Saleh Məmmədov Xızı rayonunda vətəndaşları qəbul edib.

SİA Agentliyə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Xızı və Siyəzən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Məlumata əsasən, qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.