Sevinc Kərimova “Tez-tez rast gəlinən dəri xəstəlikləri” mövzusunda canlı yayımda çıxış edəcək

23 Yanvar 2026 14:39 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Sevinc Kərimova “Tez-tez rast gəlinən dəri xəstəlikləri” mövzusunda canlı yayımda çıxış edəcək.

SİA xəbər verir ki, 29 yanvar 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin yüksəkixtisaslı dermatoveneroloqu Sevinc Kərimova “Tez-tez rast gəlinən dəri xəstəlikləri” mövzusunda canlı yayımda çıxış edəcək.
Canlı yayım saat 15:00-da Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi - https://www.facebook.com/customshospital/ üzərindən yayımlanacaq. Yayım zamanı dermatoloji xəstəliklərin yaranma səbəbləri, ilkin əlamətləri, profilaktika tədbirləri və müasir müalicə yanaşmaları barədə ətraflı məlumat veriləcək.
Tədbirin əsas məqsədi əhali arasında dəri sağlamlığı ilə bağlı maarifləndirməni gücləndirmək, ən çox rast gəlinən dəri problemləri haqqında düzgün və etibarlı tibbi məlumatları ictimaiyyətə çatdırmaqdır.
Canlı yayım interaktiv formatda keçiriləcək. İzləyicilər onları maraqlandıran sualları həm canlı yayım zamanı, həm də öncədən Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi vasitəsilə ünvanlaya bilərlər.
Mərkəzi Gömrük Hospitalı əhalinin sağlamlığının qorunması, tibbi biliklərin əlçatanlığının artırılması məqsədilə bu kimi maarifləndirici layihələri davamlı olaraq həyata keçirir.