"Ölkə başçıları səviyyəsində münasibətlə olduqca təqdirə layiqdir" -ŞƏRH EDİLDİ

23 Yanvar 2026 14:27 (UTC+04:00)

“Azərbaycanın Davos Forumunda iştirakı və bu forum çərçivəsində Amerika Birləşmiş Ştatlarının təsis etdiyi Sülh Şurasının üzvlüyü, o cümlədən nizamnamənin imzalanma mərasimində iştirakı tarixi bir olaydır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, birinci növbədə qeyd etmək lazımdır ki, bu təklif Amerika Birləşmiş Ştatlarından Azərbaycana gəlib və Azərbaycanın Prezidenti İlham Əliyev məmnuniyyətlə bu təklifi qəbul edib. Yəni, Azərbaycan Sülh Şurasının təsisçi üzvüdür. Bu, çox böyük bir hadisədir. Adətən bu tipli təkliflər böyük dövlətlərə gedir və Azərbaycan Amerika Birləşmiş Ştatlarının təsis etdiyi bir təşkilatın təsisçi üzvü olması Vaşinqton nəznindəki önəmini bir daha göstərir. Son illərdə əsasəndə Donald Trampın hakimiyyətə gəldikdən sonra Azərbaycan-Amerika Birləşmiş Ştatları arasında ciddi irəliləşmə baş verdi. Xüsusilə də ölkə başçıları səviyyəsində münasibətlə olduqca təqdirə layiqdir. Və yeri gəlmişkən onu da qeyd edim ki, Amerika prezidenti ilə görüşmək, ümumiyyətlə, onun hansısa prezidentlə təmas qurması belə bəsit bir hadisə deyil. Bu Azərbaycan Prezidentinin prestijinin, atdığı addımların böyüklüyünün göstəricisidir ki, Amerika Birləşmiş Ştatları ilə prezidentinin eyni mərtəbədə, eyni tədbirlərdə iştirak edir. Bu çox mənə görə mühüm bir hadisədir. Azərbaycan tarixində baxdıqda elə bir statusa çatabilən həqiqi bir şəxs olmayıb bu öz yerində. Azərbaycan bununla nə əldə edəcək? Birincisi, Azərbaycan münaqişə təcrübəsi olan bir ölkədir. 44 günlük Vətən Müharibəsi və ardınca local xarakterli Anti-terror əməliyyatları fonunda rəsmi Bakı münaqişə həll edibdir və bundan yetinməyərək Azərbaycan məsələn qalib ədası ilə xüsusi şəkildə Ermənistana qarşı təzyiq etmədi, Ermənistanı əzmədi, əksinə konflikti danışıqlara getdi və pragmatik mövqeylə seçildi. Belə olan təqdirdə biz deyə bilərik ki, Azərbaycan nəticədə Ermənistanla danışıqlar uğurla davam edir və hətta Vaşinqtonda sülh sazişi paraflandı. Proses bu gündə uğurla davam etməkdədir. Azərbaycanın münaqişəni həll edən və bu münaqişəni heç kəsi incitmədən həll edən bir ölkədir. Qəzza münaqişəsində həllində, Azərbaycanın mövqeyinin neytral olduğunu bilirik. Yəni rəsmi Bakı həm Fələstinlə, həm də İsraillə uzun illərdir əlaqəsi var. Həm iqtisadi, həm hərbi, həm də ticari əlaqələrimiz var. Bu baxımdan olsa, İsrailin də qəbul etdiyi bir tərəfdaşdır. Üçüncü məsələ isə Azərbaycan bu təşkilata üzvlüyü təhlükəsizlik perspektivindən vacibdir. Yəni müqayisə üçün biz Qəzzaya sülh məramlı göndərmədik, amma Qəza sülhünün həllində Azərbaycan bir təşkilatın qurucu üzvlərindən biri kimi iştirak eləyəcəkdir və bu həmçinin də Türkiyə və İran aspektinə də mühümdür. Çünki İran yalnız siyasi baxımından Türkiyə daxilində isə, mühafizəkar kəsim tərəfində müxtəlif vaxtlarda tənqidlərə məruz qalmışdır. Amma artıq bununla bu tənqidlərində qarşısı alınacaqdır, Qəzza məsələsində maksimum dərəcədə iştirak edə bilirik. Təbii olaraq prestij məsələsindən bu detal önəmlidir ki, Azərbaycan prestiji artıq elə bir həddə çatıb ki, Azərbaycanı təşkilatların təsisçi üzvü kimi qəbul edirlər və Amerika ilə bir təşkilatda təmsil olunur. Bu çox mühüm bir hadisədir və hesab edirəm ki, bunun bizim üçün müsbət tərəfləri olacaq”.