Xırdalanda fəhlənin iş zamanı ölməsi faktı ilə bağlı araşdırma aparılır

23 Yanvar 2026 14:15 (UTC+04:00)

Yanvarın 23-də Abşeron rayonunun Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən MMC-lərdən birində fəhlə işləyən Asif Məmmədovun yükqaldırıcı mexanizmin altında qalması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.