“TÜRK etnonimi və törələri” adlı kitabının təqdimat mərasimi keçirilib

23 Yanvar 2026 12:12 (UTC+04:00)

Yanvarın 23-də Atatürk Mərkəzində yazıçı və tədqiqatçı Yunus Oğuzun “TÜRK etnonimi və törələri” adlı kitabının təqdimat mərasimi keçirilir.

SİA xəbər verir ki, tədbirdə alimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edərək kitabın elmi əhəmiyyətindən, türk etnoniminin tarixi köklərindən və terminoloji inkişafından bəhs ediblər. Təqdimat milli kimlik, tarixi yaddaş və türk dünyasının ortaq irsi mövzularında maraqlı müzakirələrlə yadda qalıb.