Xırdalanda binadan başına yük düşən fəhlə ölüb

23 Yanvar 2026 11:08 (UTC+04:00)

Abşeron rayonunda 65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb.

SİA-nın yerli bürosu xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, tikinti sahəsində fəhlə işləyən Asif Məmmədovun başına binanın yuxarı hissəsindən yük düşüb və nəticədə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.