"Azərbaycan Mədəniyyəti-2040" Konsepsiyasının təqdimatı olub - FOTOLAR

23 Yanvar 2026 09:49 (UTC+04:00)

"Azərbaycan Mədəniyyəti-2040" Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib.

Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Mədəniyyət naziri Adil Kərimli konsepsiyanın məqsədləri və qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra konsepsiya ilə bağlı xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib.

Eyni zamanda, sənədin məzmunu barədə geniş təqdimat keçirilib, Mədəniyyət Nazirliyinin bu istiqamətdə vəzifələri və həyata keçirilməli olan layihələr barədə qurumlara tapşırıqlar verilib.