"Mançester Yunayted" klubu yarımmüdafiəçisi Kazemironun yayadək olan müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlayıb. "Qırmızı şeytanlar"ın rəsmi açıqlamasında deyilir ki, braziliyalı futbolçu "qırmızı şeytanlar"ın heyətində dörd mövsüm çıxış edib. Bu müddət ərzində o bütün turnirlərdə 146 oyuna çıxaraq 21 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Kazemiro "Mançester Yunayted"lə birlikdə FA Kubokunu və Liqa Kubokunu qazanıb.
Mətləb