Qrenlandiya böhranı fonunda ABŞ Lockheed Martin tərəfindən istehsal edilən Danimarkanın beşinci nəsil F-35 qırıcı təyyarələrini bu döyüş təyyarələrinin istismarı, texniki xidməti, təlimi və təchizat zəncirindən məsul olan Avtonom Logistika Məlumat Sistemi (ALIS) və Əməliyyat Məlumatları İnteqrasiya Şəbəkəsi (ODIN) sistemlərindən ayıra bilər.
SİA xəbər verir ki, bu barədə Military Watch Magazine (MWM) bildirib.
Jurnal qeyd edir ki, ALIS və ODIN sistemləri birbaşa Lockheed Martin ilə əlaqəlidir və F-35-ləri onlardan ayırmaq "xarici müştərilər tərəfindən istifadə edilən qırıcı təyyarələri sıradan çıxarmaq üçün xüsusilə təsirli bir yol" ola bilər.
Qeyd olunur ki, "Vaşinqton, ehtimal ki, F-35-i sıradan çıxarmaq ehtiyacından yayınmağa çalışacaq, çünki bu, qlobal bazarlarda lider mövqelər nümayiş etdirən xarici ölkələrin bu təyyarələrə olan marağını sarsıda bilər".
Daha əvvəl MWM qeyd etmişdi ki, Danimarka Kral Hərbi Hava Qüvvələri dördüncü nəsil F-16 qırıcı təyyarələrini tamamilə dayandıraraq beşinci nəsil F-35-lərlə əvəz edib. Jurnal həmçinin ABŞ-ın Rusiyaya qarşı Danimarkanın beşinci nəsil F-35 qırıcı təyyarələrindən istifadə etdiyini də bildirmişdi.
Əli Babayev