Rus futbolçu müsəlman qadınlarını nümunə gətirdi və…

22 Yanvar 2026 18:35 (UTC+04:00)

...Tolyattinin “Akron” futbol klubunun hücumçusu Artyom Dzyuba RİA Novosti ilə müsahibəsində prioritetlər barədə fikirlərini bölüşərək mədəni paralellər çəkib.

SİA-nın məlumatına görə,..deməli, Dzyuba RİA Novosti ilə müsahibəsində prioritetlər barədə fikirlərini bölüşərək mədəni paralel çəkib. İdmançı vurğudakı fərqi qeyd edərək bildirib ki, “…müsəlmanların “qadınlarımız küçədə gizlənir, amma evdə gözəldir” deyən ifadələrini bəyəndim. Amma bizim ölkədə qadın evdə çox pisdir, amma çölə çıxmaq lazım gələndə bomba kimidir.”

Dzyuba fikrini genişləndirərək əlavə edib ki, “…biz mahiyyəti unuduruq, tərifi səhv yerlərdə axtarırıq.”

Beləliklə, futbolçu bir ənənənin digərindən üstünlüyünə, xarici görünüşə deyil, daxili məzmuna və evə əhəmiyyət verdiyinə işarə edərək müsəlman mədəniyyətindən nümunə götürüb.

…Və qeyd edəkki, Artyom Dzyuba 2024-cü ilin payızında “Akron”a qoşulub və artıq bu mövsüm komandanın çıxışına əhəmiyyətli töhfə verib.

Əli Babayev