Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar

22 Yanvar 2026 16:21 (UTC+04:00)

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək mənzillərindən qızıl-zinət əşyaları və mobil telefonlarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F. Bağırov müəyyən edilərək saxlanılıb.

Sumqayıtda isə müxtəlif markalı nəqliyyat vasitələrindən maqnitofon və səs gücləndirici oğurlamaqda şübhəli bilinən Ə. Babaşov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.