Lökbatanda yaşayış binasında baş verən yanğın söndürülüb

22 Yanvar 2026 14:45 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qobu Park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğının genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 70 kvadratmetr olan üçotaqlı mənzilin mətbəx mebelinin 3 poqonometr hissəsi, soyuducu və paltaryuyan maşın qismən yanıb.

Mənzil yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.