Milli Məclisdə "Ekoloji tarazlığın qorunmasında təhsilin rolu" mövzusunda tədbir olacaq

22 Yanvar 2026 14:21 (UTC+04:00)

Milli Məclisdə "Ekoloji tarazlığın qorunmasında təhsilin rolu" mövzusunda tədbir keçirilməsi nəzərdə tutulur.

SİA xəbər verir ki, bu məsələ parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2026-cı il yaz sessiyası üzrə iş planına daxil edilib.

Bundan başqa, planda "Ekoloji tarazlığın qorunmasında ekoloji mədəniyyətin rolu" mövzusunda müzakirənin keçirilməsi də öz əksini tapıb.