"Araz-Naxçıvan"ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub

22 Yanvar 2026 13:51 (UTC+04:00)

"Araz-Naxçıvan"ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.

Bu barədə SİA-ya Naxçıvan təmsilçisindən məlumat verilib.

Təyinat baş məşqçi Andrey Demçenkonun istəyi ilə gerçəkləşib.

39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək. Ukraynalı mütəxəssislə "5 ay + 1 il" müddətini əhatə edən müqavilə imzalanıb.

Qeyd edək ki, məşqçilər korpusunda Y.Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.