Cəlilabadda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb

22 Yanvar 2026 12:07 (UTC+04:00)

Cəlilabad rayonunda yolun buz bağlaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə yeni Ələt–Astara magistralının 100-cü kilometrliyində, bu yolun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara rayonu istiqamətində hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil sürüşərək yolun kənarına aşıb.

Qəza zamanı nəqliyyat vasitəsində olan iki nəfər Lənkəran sakini ağır xəsarət alıb. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.