"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib

22 Yanvar 2026 11:18 (UTC+04:00)

Azərbaycanın I Liqa təmsilçisi "Səbail" dövrələrarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirib.

SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Qurban Səfərovla müqavilə imzalayıb.

Son olaraq "Mingəçevir"də çıxış etmiş U-21 millimizin üzvü ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.