Ramin Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

22 Yanvar 2026 10:35 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə SİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, qəbul saat 11:00-da Qobustan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinə (əlaqə vasitələri: (020) 265 33 04, (055) 655 57 65, [email protected], [email protected]) müraciət edə bilərlər.