Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Ayntraxt" (Almaniya) üzərində möhtəşəm qələbəsi həm də daha bir tarixi rekorda səbəb olub.
SİA xəbər verir ki, Ağdam klubunun 3:2 hesabı ilə qalib gəldiyi oyunda qələbə qolunu 90+4-cü dəqiqədə vuran Bəhlul Mustafazadə bununla da UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub. "Qarabağ" tarixində 2-ci dəfədir ki, Çempionlar Liqsının əsas mərhələsində çıxış edir. "Kəhər atlar" 2017-2018 mövsümündə 2, bu mövsüm isə hələlik 13 qol vurub.
Mətləb