“Biz tez qol buraxdıq. Biz bu oyunu mütləq qələbə ilə başa vurmaq istəyirdik. Qarşılaşmaya istədiyimiz kimi başlaya bilmədik və ilk dəqiqələrdə qapımızda qol gördük. Buna baxmayaraq, komanda qısa zamanda toparlanmağa çalışdı. Bundan sonra oyun daha çox bərabər səviyyədə davam etdi".
SİA-nın verdiyi məlumata görə, bu sözləri "Qarabağ"- "Ayntraxt" oyununun mətbuat konfransında "Ayntraxt"klubunun baş məşqçisi Deniz Şmit deyib.
Onun sözlərinə görə, ikinci hissədə Qarabağ daha basqılı və aqressiv oyun sərgiləyərək bizə ciddi çətinliklər yaratdı: "Bununla belə, fürsətlərdən yararlanaraq ikinci qolu vurmağı bacardıq. Təəssüf ki, Qarabağ bu qola tez reaksiya verdi və hesabı bərabərləşdirdi. Son dəqiqələrdə isə rəqibin təzyiqi daha da artdı və onlar həlledici qolu vurmağı bacardılar.
Hər şeye baxmayaraq, futbolçularımın mübarizəsindən razıyam və komandamı göstərdikləri əzmkarlığa görə təbrik edirəm".