İstanbulda itkin düşən rusiyalı üzgüçünün meyiti tapıldı

22 Yanvar 2026 04:03 (UTC+04:00)

Ötən ilin avqustunda İstanbul boğazında yarış zamanı itkin düşən rusiyalı üzgüçü Nikolay Sveçnikovun cəsədi tapılıb.
TASS-ın xəbərində deyilir ki, DNT testi tapılan cəsədin rusiyalı üzgüçü Sveçnikova məxsus olduğunu təsdiqləyib. İdmançının axtarışı yayın sonundan bəri davam edirdi, lakin aktiv mərhələ oktyabrın sonunda başa çatıb.

Yerli hakimiyyət orqanlarının rusiyalı üzgüçünün tapılması istiqamətində dalğıclarla birlikdə qayıqlardan, helikopterlərdən istifadə edirlər.

Mətləb