Uels Şahzadəsi Uilyam Böyük Britaniya hökumətinin xahişi ilə gələn ay Səudiyyə Ərəbistanına ilk rəsmi səfərini həyata keçirəcək. SİA-nın məlumatına görə, bu barədə Kensinqton Sarayı məlumat yayıb. Bildirilib ki, səfər Böyük Britaniya ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin 2027-ci ildə 100 illiyə yaxınlaşması fonunda baş tutur.
Məlumata görə, tərəflər ticarət, enerji və investisiya sahələrində artan əməkdaşlığı qeyd edəcəklər.
Mətləb