Nikol Paşinyan: Ermənistan–Azərbaycan sərhədində ideal sülh bərqərar olub

21 Yanvar 2026 21:00 (UTC+04:00)

Ermənistan–Azərbaycan sərhədində ideal sülh bərqərar olub.

SIA “TASS” agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentində hökumət saatı zamanı Baş nazir Nikol Paşinyan söyləyib. Onun çıxışı yerli televiziya kanalları tərəfindən yayımlanıb.

“Demək istəyirəm ki, 21 yanvar 2026-cı il tarixinə olan vəziyyətə görə Ermənistan və Azərbaycan sərhədinin bütün perimetri boyunca ideal sülh hökm sürür, ideal sülh”, – deyə Paşinyan bildirib.

İrəvan və Bakı arasında qarşılıqlı ritorikadan danışan Paşinyan qeyd edib: “Bu ritorika irəliləyişin ilk elementlərini nümayiş etdirir və mən bunu alqışlamaq istəyirəm”.