Ronaldonun bürünc heykəlini yandırdılar...

21 Yanvar 2026 22:13 (UTC+04:00)

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Madeyra adasındakı heykəli yandırılıb. "Dailymail" nəşrinin məlumatına görə, naməlum şəxs futbolçunun bürünc heykəlinin üzərinə yanıcı maddə tökərək od vurub. O, bu anları videoya çəkib və alovlar heykəli bürüyərkən rep musiqisi sədaları altında rəqs etməyə başlayıb.

Hadisə çərşənbə axşamı səhər saatlarında Funşal şəhərində Ronaldoya həsr olunmuş "CR7 Muzeyi"nin yaxınlığında qeydə alınıb. Heykələ ciddi ziyan dəyib-dəymədiyi hələlik dəqiqləşməyib.

Mətləb