Rusiyanın Novosibirsk şəhərində ticarət mərkəzinin damı çöküb...

21 Yanvar 2026 20:25 (UTC+04:00)

...Yanvarın 21-i günortadan sonra Rusiyanın Novosibirsk şəhərində, Pervomayski rayonunda "Yarçe" supermarketinin yerləşdiyi ticarət mərkəzinin ikinci mərtəbəsi uçub.

SİA-nın məlumatına görə,TASS şəhər hakimiyyətinə istinadən xəbər verir ki, ən azı iki nəfər xəsarət alıb.

Bir qadın təcili yardım işçiləri tərəfindən müayinə edilib, bir kişi isə xəstəxanaya aparılıb.

Regional Fövqəladə Hallar Nazirliyi daha bir neçə qurbanın dağıntılar altında qalmış ola biləcəyini bildirib.

İlkin məlumatlara görə, binanın damı qarın ağırlığı səbəbindən uçub. Bu, şəhərdə bu həftə baş verən ikinci ictimai binanın damının uçmasıdır.

Rusiya Federasiyasının Novosibirsk vilayəti üzrə İstintaq Komitəsinin məlumatına görə, Naumova küçəsi 26 ünvanında yerləşən ticarət mərkəzinin uçması ilə bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərdiyinə görə (Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsi) cinayət işi açılıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Nazlı Almuradova