Tramp İkinci Dünya Müharibəsində qələbəni ABŞ-ın hesabına yazdı...

21 Yanvar 2026 19:45 (UTC+04:00)

...SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ olmasaydı, Müttəfiq dövlətlər İkinci Dünya Müharibəsində qalib gələ bilməzdilər.

O, bu açıqlamanı Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı verib.

O, iddia edib ki, Hitlerin müttəfiqləri nasist Almaniyası üzərində qələbədə həlledici rol oynayan Qrenlandiya səbəbindən ABŞ yaxınlığında möhkəmlənə bilməyiblər.

...Qrenlandiya düşmənlərimizin yarımkürəmizdə möhkəmlənməsinin qarşısını aldı. Biz olmasaydıq, almanca və bir az yaponca danışardınız, - deyə o bildirib.

Daha əvvəl Tramp Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı suala sirli cavab vermişdi.

Əli Babayev