Naxçıvanda əhalinin sayı artıb

21 Yanvar 2026 15:20 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

Bu barədə SİA-nın yerli bürosuna Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirlib ki, 1 dekabr 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 1555 nəfər və ya 0,3 faiz artaraq 472 min 363 nəfər olub.