Parlamentin ictimai birliklər və dini qurumlar komitəsi bir neçə ictimai dinləmə keçirəcək

21 Yanvar 2026 15:11 (UTC+04:00)

Parlamentin ictimai birliklər və dini qurumlar komitəsi 2026-cı ilin yaz sessiyası çərçivəsində bir neçə ictimai dinləmə keçirəcək.

SİA xəbər verir ki, bu barədə komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsində qeyd olunub.

Bildirilib ki, ictimai müzakirələr ictimai birliklərin mövcud durumu, siyasi partiyaların mövcud durumu və dini abidələrin durumu mövzusunda təşkil olunacaq.