Qəribə nömrə nişanlarına malik nadir zirehli Land Rover…

21 Yanvar 2026 21:56 (UTC+04:00)

…Bu günlərdə şəhər küçələrinin birində zirehli 2005-ci il istehsalı Land Rover Snatch avtomobili müşahidə edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu, “Şimali İrlandiyada verilmiş stilizə edilmiş BMT nömrə nişanına malik keçmiş hərbi nəqliyyat vasitəsidir”.

Avtomobilin kuzovu BMT nömrə nişanına bənzəmək üçün yenidən rənglənib, amma əslində nəqliyyat vasitəsinin həmin təşkilatla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Land Rover Snatch yüngül Britaniya zirehli nəqliyyat vasitəsidir.

Və Şimali İrlandiyada patrul missiyaları üçün nəzərdə tutulub. Nəqliyyat vasitəsi 1990-cı illərin əvvəllərində dizayn edilib və 1992-ci ildə rəsmi olaraq təqdim edilib.

Nazlı Almuradova