Dərnəgüldəki yanğına 18 texnika və 70 əməkdaş cəlb olunub, qərargah yaradılıb - YENİLƏNİB 4

21 Yanvar 2026 14:19 (UTC+04:00)

Dərnəgüldəki obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.

SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

Eyni zamanda yanğınla əlaqəli nazirliyin qərargahı yaradılıb.